Dağlıq Qarabağ münaqişəsinin həlli sərhəd zolağında yaşayan insanların üzləşdiyi gündəlik narahatlıq və təhlükələri sonlandıracaqdır.


·Münaqişə sərhəddinin yaxınlığında kiçik bir kənd təsəvvür edin. Sərhəddin hansı tayında olmasından asılı olmayaraq, bu kəndin ölkənin heç bir kəndində tapmayacağınız təkrarsız xüsusiyyəti vardır. Bir neçə misal göstərək:

Yalnız sərhəd kəndlərində evlər, məktəblər və digər məqsədli binalardaki pəncərələrin, içəridəki insanları atılan güllələrdən yaralanmaqdan qorumaq üçün taxta lövhələrnən üzləndiyini görmək olar. Axşamlar, bu lövhələr həmçinin içəridə yanan işıqların çöldən görünməməsini təmin edir. Digər bir tərəfdən, sərhəd ərazilərindəki elektrik stansiyaları, əsasən, Sovet dövründən qalıb və yaxşı işləmir. İşıqların sönməsi qaçınılmazdır və çox tez-tez baş verir. Nəticədə, məktəblilər şam və ya neft lampası yandıraraq sinifləri işıqlandırır. Neft lampası kəndlilərin həyatında çox yayılmış vasitəyə çevrilib.

Daha başqa bir məsələ var: şəhərlərdə yollara asfalt qatı çəkildiyi zaman, üstünlük əsas yollara verilir və işçilər əgər mümkün olsa yalnız axırda dalanlara çatırlar. Daha geniş miqyasda ələ alsaq, eyni məntiq rayon yolları üçün də keçərlidir. Bağlı sərhədlərdəki kəndlər regionun çıxmaz dalanları hesab edilir, çünki bu kəndlərdən sonra irəliyə doğru yollar uzanmır. Beləliklə, həmin kəndlərdəki yollar geridə qalmış, qayalı və kələ-kötürdür. Zəif yol şəraiti nəqliyyata və kəndlər arasındaki mal mübadiləsinə mane olur.

Kənd yaşamındaki həyat mübarizəsinin ən vacib faktoru, əlbətdə ki, heyvandarlıq və kənd təsərrüfatıdır. Münaqişə onların hər iksinə təsir edir. Sərhəddin digər tərəfindən kəndlərin daha rahat göründüyü çöllük ərazidə yerləşən kəndlərdə insanlar daha başıbəlalıdır. Uzaqdan görünmək zəiflik mənasına gəlir. Mal-qara, əkinçilər, traktorlar, maşınlar – hər şey qarşı tərəfdəki hərbi qüvvələr üçün hədəfə çevrilir. Təsəvvür edin ki, siz mal-qaranızı otarırsınız. Qəflətən, kimsə sizə və heyvanlarınıza atəş açır. Onsuz da bütün bunlar olmasa da kənd təsərrüfatında işləmək yetərincə çətindir. Buna bir də o tərəfə, bu tərəfə vıyıldayan güllələri əlavə etdiyiniz zaman, həqiqətən, qorxulu yuxuya çevrilir. Həmçinin, bəzi əcaib hadisələr də baş verə bilir. Məsələn, yaşlı əkinçi qadın müharibədən sonra çoxlu güllə basdırılmış öz torpaq sahəsində heç nə əkə bilmir, çünki onun təsadüfən kürək və ya başqa alətlə toxunduğu yuxulu mərminin partlamasından yaralanmaq riski var.

Həmçinin, social həyat da bütün bu amillərdən ciddi şəkildə zərər görür. Sakinlərin faktiki olaraq sosial-mədəni həyatı və ya əyləncəsi yoxdur, mədəni həyatın yoxluğu onların dünya görüşünün zəif inkişafına səbəb olur. Yaşlı nəsil öz paylarına 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində əziyyət çəkib. Hakim rejimin tənəzzülü, müharibə, aclıq və ümidsizlik kəndlilərin həyatının ayrılmaz hissəsinə çevrildi. Hər bir insanın uzun ömürlüyü şübhə altına düşdü. Bütün bu stressli şəraitin əhəmiyyətli psixoloji təsiri var. Bu mənfur abu-hava 90-cı illərin əvvəllərində doğulmuş uşaqları anadangəlmə nifrət və intiqam ardıcıllarına çevirdi.

Gəlin sərhədyanı kəntdə yaşayan bir uşağı, xüsusilə, oğlan uşağını götürək və onu Ermənistanda başqa bir kəntdə yaşayan digər bir gənc oğlanla müqayisə edək və onların həyat şəraitini və təhsillərini nəzərdən keçirməyə çalışaq. Biz böyük bir fərq görəcəyik. İncəsənət dərslərinin əvəzində, o atıcılıq dərsləri keçir. Muzeylərə getmək əvəzinə, hərbi sahələri ziyarət edir. Həyat və sevgi haqqındaki tərbiyəedici filmlər əvəzinə, o, silahli qüvvələr və müharibə haqqında filmləri izləyir. Həmin oğlandan necə biri olacağını gözləməliyik? Həqiqətən də, təsəvvür edə bilərikmi ki, bir gün o böyüyəcək və “gəlin savaşmağı dayandıraq və danışıqlar aparaq” deyəcək? Biz mülki vətəndaş yox, əsgər formalaşdırırıq. Təəssüflər olsun ki, bu bizim hal-hazırda içində olduğumuz vəziyyətdir.

Belə ki, əgər sülh müqaviləsi imzalansa, nələr dəyişəcək?

Çoxlu açıq suallar var, sülh müqaviləsindən sonraki həyatın necə olacağı haqqında. Məsələn, Qarabağ müstəqil olacaq, yoxsa ya Azərbaycan, ya Ermənistana əyalət olaraq birləşdiriləcək?Hər iki tərəfdən olan məcburi köçkünlər öz evlərinə geri qayıda biləcək? Qarabağda necə bir hökümət mövcud olacaq? Belə ki, bir şey dəqiqdir ki, sülh müqaviləsi ümumxalq hadisəsi olacaqdır. Cəmiyyətdə elə bir insan yoxdur ki, bu hadisədən hansısa formada təsirlənməsin. Məsələn, biz ermənilər qonşu Türkiyədə istehsal olunmuş çox miqdarda ayaqqabını idxal edirik, amma bunlar bizə Gürcüstan üzərindən gəlir. Bu nə iqtisadi, nə də ekoloji cəhətdən məntiqə uyğundur, amma bağlı sərhədlər bu vəziyyəti tətikləyir. Azərbaycanla olacaq sülh müqaviləsi həmçinin onun ən böyük müttəfiqi –Türkiyə- ilə sərhədlərin açılması və daha ucuz qiymətlərə səbəb olacaq əmtəə məhsullarının bir-başa axını deməkdir. Hər kəsin narahatlığına səbəb olan başqa bir cəhət də, Ermənistanın Ümumi daxili məhsulunun böyük hissəsinin bizim silahlı qüvvələrimizi təşkilatlandırılması, silah alınması, hərbi düşərgələrin tikilməsi və digər hərbi məqsədlərə xərclənməsidir. Əgər müharibə təhlükəsi olmasa və ya hal-hazırda üzləşdiyimiz yarı-müharibə şəraiti olmazsa həmin pul sosial xidmətlərin, təhsil və elmin inkişafına istifadə edilə bilər.

Əlbətdə, cəmiyyətin müəyyən bir hissəsi fərqi böyük əksəriyyətindən daha qabarıq şəkildə hiss edəcək. Bu hissəyə sərhəd kənarında yaşayan insanlar aiddir. Aydındır ki, sərhəddə öz gündəlik həyatını yaşayan insanların həyatlarını dəyişdirən təcrübələri olacaqdır. Ən azından onlar hər zaman döyüşə hazır olmaqdan, sabah həyatda qalacaqlarına əmin olmamaqdan və qorxudan azad olacaqlar. Nəhayət, onlar öz pəncərələrindəki taxta lövhələri çıxartacaqlar, vurulmaq qorxusu olmadan istədikləri yerdə maşın sürəcək və sərbəst gəzcəklər. Onlar müharibədən başqa şeylər haqqında düşünəcəklər. Uşaqlarını qapıda düşmən olması və tez ya gec əllərinə silah almalı olduqları düşüncəsində böyütməkdən əl çəkəcəklər. Silah və partlayan mərmi səsləri eşidilməyəcək. Neft lampaları zirzəmilərdə saxlanılacaq və onların yerini daimi elektrik enerjisi ilə işləyən parlaq lampoçkalar tutacaq. Kəndlərdə kənt təsərrüfatı inkişaf etməyə başlayacaq və kəndlilər ilk dəfə güllə vıyıltısı ilə narahat edilmədən işləməyin həyəcanını yaşayacaqlar. Qonşu kəndlərlə birlikdə, onlar torpağı hərbi istehkam, mina və müdafiə strukturlarından azad edəcək və onları axır, taxıl anbarı, dəyirman və başqa şeylərlə əvəz edəcəklər.

Belə ki, sülh ideyasının necə pozitiv və optimis səslənməsindən asılı olmadan, hər iki tərəfdəki insanlar bu haqda düzgün fikrə sahib olmadıqca rahatlıqla sülh əldə edilməyəcək.

Təsəvvür edin ki, qəflətən hər iki tərəfdəki hərbi qüvvələr yoxa çıxır, sərhəddi qoruyan əsgərlər, bir-birinə qarşı açılan silahlar, qorxulacaq heç bir şey yoxdur. Sonra nə ediləcək? Bir-birimizə qarşı sərhəddi keçərək, qədim qonşularımızı salamlayacaq qədər inamımız varmı? Yoxsa, biz hələ də özümüzü onlardan qorumağı və ya yalın əllə belə hücum etməyi düşünürük? Əgər əmin olmaq istəsək ki, açıq qollar və yalın əllər qələbə çalacaq, o zaman biz qaranı ağa, ölkələrimiz arasındaki məğlub-qalib yanaşmasını isə dostluq və əməkdaşlığa çevirməliyik.

Düşünün ki, bizim yalnız sülh müqaviləmiz yoxdur, həmçinin, fikirlərini dəiyşəməyə başlaymış insanlarımız var. Yeni nəsillər qəzəb və hiddətlə deyil, sülhsevər böyüyür və əvəzində həyatı bütün gözəllikləri ilə başa düşür. İnsanlar bir-biriləri haqqında daha çox öyrənmək üçün can atır.

Cəbhə xəttinin digər tərəfinə baxarkən, biz vəhşilərlə dolmuş şəhərlər yerinə bizimlə yanbayan yaşamağı arzu edən, bizim kimi insanların məskunlaşıdığı gözəl şəhərləri görürük. “Düşmən” ölümünü eşidərkən qürur hissi keçirməyi bitirmişik.

Biz nəhayət, birlikdə sülh içində yaşamağa hazır olduğumuz vəziyyətə çatmışıq.

Sərhəd boyu kəndlərimizə gəldikdə, sakinlər onları mümkün təhlükələrdən uzaq tutan gözətçilərə minnətdar olmayacaqlar. Bunun əvəzində, yaşlı kişi sərhəddə gedəcək və əsgərə deyəcək; “Oğlum, geri çəkil zəhmət olmasa, qarşıya keçib, köhnə dostumu görmək istəyirəm”·


Mesrop Andrisyan yazır


Mesrop, 23, Memarlıq üzrə Magistr təhsili alır və Ermənistanın birinci müasir alış-veriş mərkəzinin tikintisinə cəlb edilib. Təhsilindən əvvəl Azərbaycanla sərhəddə iki illik hərbi xidmətdə olub. “Belə ki, xidmətdən əvvəl mən Norveçdə tələbə festivalında azərbaycanlı gənclərlə dostlaşmışdım. Sonra, qəflətən, mən özümü hərbi formada, azərbaycanlılara qarşı düşmən kimi sərhəddə gördüm. Bu çox qəribə hiss idi və mənim onlara qarşı formalaşdırmağa çalışdığım daxili bir münaqişəm var idi”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *