Qonşular arasında isti münasibəti saxlayan hər şey xatirədir. Bunları gənclərə keçirə bilmək əsas tapşırıqdır.


I Hissə – Birlikdə yaşanmış keçmiş!

·Tarix 1956-cı il; Müharibədən 9 il sonra ərinin qayıtmadığını görüb, 2-ci dəfə ailə quran Sumaya nənəm (anamın anası), yoldaşı və 8 yaşlı qızı ilə birlikdə Ağdamdan Bakıya köçməli olur. Bir neçə mənzildən ibarət olan həyətlərin birində kiçik bir ev kirayələyib orda yaşamağa başlayır. Təsadüfdən kirayədə yaşadığı evin sahibi erməni ailəsi olur. Ailənin başçısı Marqaret adlı qadının Osip, Mişik adlarında iki oğlu, Seda, Tamara və Rima adlı 3 qızı varmış. Qısa zamanda ailənin nənəmə qarşı isti münasibəti yaranır. Hətta o dərəcə də mehribanlıq yaranır ki, yeməkləri bir yerdə bişirər, bir yerdə yeyərmişlər. 3 il həmin kirayədə yaşayan ailələr birlikdə gəzintiyə gedər, birlikdə yeni il şənliklərinə qatılarmışlar. Hər hansı bir problem yarandıqda bir-birilərinə kömək əlini uzadar, yaranmış problemi birlikdə həll etməyə çalışarmışlar. Yaşadıqları Binəqədi rayonu ərazisində Sovet Qoşunlarının hərbi hissəsi yerləşirmiş. Hər gün Marqaret Sumayə nənəmlə birlikdə həmin hərbi hissənin yaxınlığında yerləşən əraziyə gedər və əsgərlər tərəfindən soyulmuş kartof qabıqlarını yığıb evə gətirərmişlər. Daha sonra o kartof qabığının içərisindən xeyli sağlam kartof tapıb çıxarırmışlar, sonra isə o kartofdan yemək hazırlayıb uşaqları bir süfrə arxasına yığarmışlar. Müharibədən sonra hələ də insanlar aclıqdan tam yaxa qurtara bilməmişlər. Ancaq, çətinliklə olsa da, o dövrki aclıq dönəminin öhdəsindən birgə gəlməyi bacarmışlar. Bununla yanaşı axşam olduqda bir həyətdə yaşayan həm azərbaycanlı həm də erməni ailələr, həyətdə olan su bulağının başına toplaşar hava qaralana qədər maraqlı söhbətlər edər, hava qaraldıqdan sonra yeganə televizor olan erməni ailəsinin evində televizora baxarmışlar. Anam 1-ci sinfi Ağdam şəhərində oxuyub, Bakıya köçdükdən sonra məktəbi davam etdirməmişdir. Buna baxmayaraq, həmin erməni xanımMarqaret Sumayə nənəmə anamı oxutmasını təklif edir və deyir ki, qızın mənim qızlarımla birlikdə məktəbə getsin, lakin nənəm razlaşmır. Nənəm bir neçə il Bakıda yaşadıqdan sonra yenidən öz doğma şəhəri Ağdama qayıtmalı olur. Bundan sonra ailənin daha ağır dövrləri başlayır. Bu dövrdə yenə çətin vəziyyətdə olan bu ailəyə kömək edənlərdən biri də erməni ailəsi olur. Belə ki, Ağdama qayıtdıqdan sonra nənəmin daha bir uşağı-dayım doğulur. Ailədə bir çox əşyalara ehtiyac yaransa da, bunu əldə eləmək heç də asan olmur. Yenə də erməni qonşuları bir çarpayı və bir çox məişət əşyalarını təmənnasız nənəmə verməklə, öz köməkliklərini əsirgəmirlər.

Tarix 1985-ci il;Uzun zamandır xalça toxumaqla məşğul olan anamın halı qəflətən pisləşir. Yerli həkimlər anamın inkaft keçirdiyini və təcili Xankəndi (Stepankert) xəstəxanasına aparılmalı olduğunu bildirirlər. Elə həmin gün xəstəxanaya yerləşdirilən anamın həkimi Qazaryan adında erməni bir həkim olur. Müayinədən sonra anam bir ay xəstəxanada qalmaqla müalicə almalı olur. Eyni zamanda anamın yatdığı palatada digər 3 nəfər erməni xəstə müalicə alırmış. Anam deyir ki, Qazaryan həkim hər gün səhər palataya girəndə birinci olaraq ona baş çəkər, daha sonra digər xəstələrlə maraqlanarmış. Bu cür xoş rəftar təkcə Qazaryan həkim tərəfindən deyil, həm də palatada yatan digər ermənilər tərəfindən edilirmiş. Hər gün birlikdə süfrə açar, birlikdə nahar edərmişlər.Hər dəfə yemək vaxtı birinci anamı masa arxasında əyləşdirər, sonra da özləri əyləşərmişlər.Anam bu söhbəti mənə danışanda, sual verdim ki, bəlkəhəmin palatanın ən ağır xəstəsi sən olmusan, ona görə, sənə belə mehriban münasibət olub. Anamın cavabı həm fərqli oldu, həm də məni təəccübləndirdi. Əslində, orda anamdan daha ağır xəstə var imiş, sadəcə anamayrıseçkilik hiss etməsin deyə və ünsiyyətcil olduğuna görə bucür rəftar görürmüş. O dövr üçün xəstəxananın nə qədər səliqə-səhmanlı olsa da, hamamı yox imiş. Bunu nəzərə alaraq, palatada yatan erməni xəstələr anamı evlərinə hamam üçün dəvət edirmişlər. Bir ayın tamamında artıq səhhəti qaydasında olan anam Ağdama evimizə qayıdır. Üstündən illər keçməsinə və iki xalq arasında uzun illərdi davam edən düşmənçiliyə baxmayaraq, anam bu gündə Qazaryan həkimi peşəkər biri kimi və xoş rəftarı ilə xatırlayır.

II Hissə – Birlikdə yaşanılacaq gələcək!

Tarix 2019-cu il.¬ Azərbaycan və Ermənistan arasındaki sülh nəhayət ki, elan edildi. Hətda rəsmi münaqişə bitdikdən sonra da uzun illlərdir münasibətlərin olmaması, hələ ki, erməni və azərbaycanlı icmalar arasında etimadsızlığın davam etdiyini göstərir. Onların düşüncəsindəki müsbət keçmiş silinib. Son iki on illikdə hər kəs bu haqda danışmaqdan çəkinib. Amma, biz bu düşüncəni yavaş-yavaş dəyişirik. İnanırıq ki, birgə yaşamın gələcəkdə də mümkün olacağına inanaraq gənc nəsilə bu təcrübə haqqında danışılmalıdır.

Yenidәn qәrar verdim ki, müәllimlik fәaliyyәtimi davam etdirim. Şagirdləri keçmişlə bağlı maarifləndirmək məqsədi ilə İran sərhəddindən cəmi 50km və Ermәnistandan vә vaxtilә cәbhә xәttindәn tәxminәn 100 km aralı mәsafәdә yerləşən kəndlərdən birində məktəbdə dərs deməyə başladım. Özüm tarix müəllimiyəm. Vaxtaşırı şagirdlәrimlә qonşu xalqlar vә onlarla olan münasibәtlәrimizi müzakirә edirdik. Belә muzakirәlәr zamanı ermәnilәrlә bizim aramızda olan tarixi münasibәtlәrdәn də danışdım. Bununla yeni nәsillәrә ermәnilәri başa düşmәlәrindә kömәk etmәk istәyirdim və onlara nәnәm vә anamın timsalında yaşanmış tәcrübәlәri nümunә gәtirirdim. Onların birlikdә necә mehriban yaşadıqlarını, problemlәrin vә çәtinliklәrin öhdәsindәn necә gәldiklәri haqda hekayәlәrini söylәyirdim. Yenidən biz birlikdə düşmən kimi yox qonşu kimi yaşayırıq və ümid edirəm ki tezliklə əvvəllər olduğu kimi sevimli qonşular olaraq yaşayacağıq.

Qarşılıqlı inamın formalaşmasında əsaslardan biri bir-birimiz haqqında media məlumatlarını dəyişməkdir. Ərazidəki digər məktəblərlə birlikdə, biz həm Azərbaycan, həm də Ermənistan mədəniyyətini göstərən Ermənistan Azərbaycan ortaq kanalının fəaliyyətinə başladıq. Düşmənlik göstərişi yerinə, bu TV kanalın icmalar arasında mədəni fərqindəliyi yüksəltmək və sülhün müsbət nəticələrini göstərmək üçün yaxşı imkanları var idi.

Tarix 2024-cu il. Sülh razılaşmasından beş il keçib. Bir neçə əməkdaşım və tələbələrim ilə birlikdə və Azərbaycan və Ermənistan hökümətlərinin ortaq dəstəyi ilə, biz Dağlıq Qarabağda Ortaq Ermənistan- Azərbaycan Universitetini təsis etdik. Həmçinin biz, hər iki ölkədən olan elm adamlarının bir-birinin elmi nəaliyyətlərini müşahidə etmək və anlamasq imkanı vermək üçün kitabxanada yaratdıq. Bu qeyr-mədəni və axmaqcasına münaqişə zamanında bir-birinə qarşı uzun müddətli təlimatların zərdabı idi.

Qarabağ Universitetində yenidən öz tələbələrim ilə Azərbayacan və Ermənistan icmaları arasındaki keçmiş və indiki əlaqələr haqqında müzakirələr aparmağa başladım. Həmçinin regional inkişaf kimi geniş mövzuları da müzakirə edirdik. Müşahidə edirdim ki, ilk olaraq ülhdə böyümüş yeni nəsil, münaqişə zamanı yaşamış nəsildən daha tolerant və açıqfikirlidir. Əminliklə deyə bilərəm ki, təsəvvür etdiyim şeylərin çoxusu gerçəkləşirdi.

Tələblərin təklifi ilə Universitet keçmiş münaqişə əraziləri və sərhədyanı sahələrə ekskursiya təşkil edir. Bunlardan biri zamanı, tələbələr həmin ərazidə çəkilmiş ailə fotolarını təqdim edirdilər. Qəflətən tələbələrimdən Vasif yerindən dik atıldı və mənə doğru qaçdı.
Cənab Hüseyinov! Baxa bilərsiz? Məndə də eyni şəkildən var.

Bu haldan təəccüblənməyə başlayıram, alıb hər iki fotoya diqqətlə baxıram. Doğrudan da hər iki foto eyni idi, həm mənzərə eyni mənzərədi, həm də adamlar eyni adamlardı. Bu haqda hər iki tələbələrimdən daha ətraflı məlumatlar öyrənirəm. Aydın olur ki, şəkildə olanlar Asya ilə Vasifin, nənələridir və onlar eyni həyətdə yaşayıblar. Bu şəkli də elə o zaman çəkdiriblər. Şəkildəki nənələrin qucaqlarında oturan uşaqlardan biri Asyanin anası, o biri uşaq isə Vasifin əmisidir.

Bu an özüm də bilmədən şəkillər əlimdə fikrə gedərək, uşaqların yanından biraz kənara çəkilirəm. Tarixdən süzülüb gələn dostluqların və xatirələrin sülhə necə töhvə verdiyi və insanlar arasında qopmayan bağların günün birində bizdən xəbərsiz bizi bir daha bağladığı haqda düşünürəm.·


Həmid Hüseyinov yazır


Həmid, 31, əslən Ağdamlıdır, amma onun ailəsi Qarabağ Müharibəsi zamanı qaçqın düşüb. O qərbi Azərbaycanda müəllim işləyir və həmçinin Gənclər Klubu QHT-də və A13-də demokratiya, təhsil və insan hüquqları layihələrində fəaliyyət göstərir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *