Qarabağın təbii gözəlliyi ərazinin qısa zamanda turizmin ən qaynar nötəqsinə və keçmiş dostların görüşəcəyi yerə çevriləcəyini ifadə edir.


·Avropanın təcrübəsindən keçmiş bütün qırğınlar, Yüzillik müharibə, Birinci və Ikinci Dünya müharibələri kimi uzunsürən müharibələrə baxmayaraq, Qərbi Avropa keçmiş düşmənliklərin öhdəsindən gəlib. Son 50 ildə regionda müharibə olmayıb, əksinə onlar ümumi bayraq və tək valyuta qəbul edib və sərhədləri açıblar. 100 il əvvəl çox az insan inanırdı ki, Avropanın böyük bir hissəsi bir bayraq altında birləşəcək. Belə ki, hal-hazırda bu bir həqiqətdir.

Qafqazın da çox keşməkeşli tarixi var. Müharibələr, milli azlıqların və dinlərin zəngin mozaikası olduğu regionda təkrarlanan hadisəyə çevrilmişdir. Lakin, regionda həmçinin birlikdə dinc yaşam və icmalararası əməkdaşlığın olması üçün də təşəbbüslər olmuşdur.

Qafqaz evi ideası onlardan biri idi. Bu idea ilk dəfə 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində o vaxtkı rəsmilər tərəfindən dəfələrlə gündəmə gətirilmiş, ancaq onun reallaşması mümkün olmamışdı. Sovetlər Birliyi qurulması ilə bu ideya tarixdə qalmışdı. Bundan sonra Cənubi Qafqaz ölkələri bir ittifaq kimi Sovetlər Birliyinin tərkibində yaşamağa başladı. Sovetlərin dağılması ilə bölgədə müharibələr başladı, insanlar bu müharibənin qurbanına çevrildi.

Münaqişədən sonra, Avropa Birliyi (AB) tərəfindən Qafqaz ölkələrinin birliyi, “Qafqaz Evi” modeli yaradıldı. Təşəbbüs uğur qazandı, və hardasa beş il olar ki, Azərbaycan və Ermənistan öz sülh razılaşmasını həyata keçirib və sərhədləri açıblar. Bu keçmiş münaqişə qurbanlarına öz torpaqlarına geri qayıtmaq imkanı verdi, və xoşbəxt zamanlar bu torpaqlara geri qayıtdı. 20 ildən çox bir müddətdə Dağlıq Qarabağı görməyən 9 milyondan çox Azərbaycan əhalisi axın-axın həmin ərazilərə gedir, tarixi və səfalı yerləri gəzir, istirahət edirdilər.

Həmin bölgəyə tək azərbaycanlılar və ermənilər deyil, dünyanın müxtəlif ölkələrindən turistlər gəlirdi. Cənubi Qafqazın gözəl təbiətinə sahib olan Qarabağı turistik bölgəyə çevrilməyə başlayırdı və bu bölgənin inkişafına və insanların marağına səbəb olurdu. Dağlıq Qarabağ əhalisinin həyat şəraiti daha da yaxşılaşmışdı. Etnik və ya dini zəmində heç bir qarşıdurma da yox idi, insanlar mehribanlığın hakim olduğu mühitdə yaşayırdılar.

Qarabağda, xüsusilə 1500 metr dəniz səviyyəsindən yüksəkdə yerləşən, Cıdır Düzü və Topxana Meşəsi daxil olmaqla möhtəşəm landşafta malik və zəngin tarixi abidələri olan Şuşada çoxsaylı otellər, qonaq evləri və restoranlar tikilib. İncəsən və musiqi beşiyi Şuşanın şöhrəti yenidən ortaya çıxır. Məhşur hotellərdən biri olan “QARABAĞ” hoteli artıq iki il olar ki, fəaliyyət göstərirdi və açıldığı gündən də turistlərin sevimli hotellərindən birinə çevrilmişdi.

Bu günlərdə məhşur hotelin qonaqları arasında uşaqlıq dostları olan Musa və Karen də var idi. Hər ikisi də Bakı şəhərində doğulmuşdu və bir məhəllədə böyümüşdülər. Musanın nənə-babası Şuşa şəhərindən idi. Karen isə əslən erməni idi. Onlar eyni bağçaya getmiş və eyni partanı paylaşmışdı. Növbəti ili onlar ibtidai sinifə başlamışdı. Soyuqladığı üçün Musa ilk gün dərsə gedə bilməmişdi. Sinif adətlərinə görə, uşaqların məktəbdə ilk gündən oturduqları yerlər ilin sonuna qədər eyni qalardı. Bir çox şagird üçün müəllimin qarşısındaki parta ən yaxşı yer idi. Bu sinifin rəhbəri Karenin dayısı idi. Karen ilk partada oturdu və yanındaki yeri Musa üçün saxlamağa çalışdı. Amma Musa gəlmədi. Nəticədə sinifdəki digər qız onun yerini tutdu. Bir həftə sonra Musa dərsə gəldiyi zaman, o arxa sıralardaki partada oturmalı oldu. Musa çalışqan şagird idi və Karen dayısından yaxşılıq etməsini xahiş etdi, müəllim razılaşdı və təhsil ilinin başlamasından bir ay sonra Musa Karenin yanında oturmağa başladı. Dörd aydan sonra dostların hər iksi digər sinifdə oxuyan Lalə adlı qıza aşiq oldu. Bir dəfə hətda onlar bu qıza görə dava etdilər. Amma onlar uzun müddət küsülü qala bilmədilər və iki gün sonra barışdılar.

Dərsdən sonra dostlar zamanı birlikdə keçirər və birlikdə ev tapşırıqlarına çalışardılar. Bəzən onlar Kaerinin, bəzən də Musanın evinə gedərdilər. Yayda Bakıdaki insanların bir çoxu dənizə gedirlər. Bakı sakinlərinə görə, küləkli və sahili olmasa yayda Bakıda yaşamaq çətin olardı. Buna görə də, Bakını küləklər şəhəri adlandırırdılar.

Belə isti yay günlərinin birində, qonşuluqdaki uşaqlar yığışıb Mərdəkanda dənizə getdilər. Yolda Karen və Musa sahildən kim daha çox uzaqlaşa bilər deyə mərcə girdilər. Dənizə çox tez-tez getdikləri üçün, Bakı sakinlərinin əksəriyyəti yetərincə yaxşı üzürdü. Bu dəfə gənclər adəti üzrə getdiklərindən daha uzağa üzməyə qərar verdilər. Onlar sahildən uzaqlaşdılar və dənizin təhlükəli açıq hissəsinə girdilər. Vaxtlarını o qədər gözəl keçirmişdilər ki, qət etdikləri məsafədən belə xəbərsiz idilər. Xoşbəxtlikdən xilasetmə qrupu onları izləyirdi və köməklərinə getdilər. Bu Karenin Musa ilə Xəzər dənizindəki son yayı idi.

Qışa doğru cəbhə xəttində siyasi vəziyyət pisləşdi. Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycana köçməyə məcbur edildi, və Bakıda və digər regionlarda yaşayan ermənilər isə Ermənistana köçdü. Ailələrin bir çoxu köçürülmədən məmnun deyildi. Heç kim üçün evini, illərlə birlikdə yaşadıqları qonşularını, doğulub böyüdükləri məhlələrini və iş yerlərini qoyub getmək asan deyildi. Hər şeydən daha çox heç vaxt qayıtmamaq şərti ilə tərk etmək dözülməz idi.

Nə baş verdiyini anlamaq Karen və Musa üçün çətin idi. Ailəsi Yerevana köçməkləri ilə bağlı planı dediyi zaman, Karen səhərə qədər ağlamışdı. Səhər o Musagilin evinə qaçdı. Baxmayaraq ki, nə baş verdiyini anlamırdılar, bir də heç vaxt görüşməyəcəklərini başa düşmüşdülər. Qucaqlaşdılar, ağlaşdılar, və böyüdükləri zaman görüşəcəklərinə söz verdilər.

Hətda təsəvvür edə bilmirdilər ki, bir gün müharibə başlayacaq və bu iki uşaqlıq dostu düşmən ölkələrin vətəndaşları olacaqdır.

20 il ərzində iki dost heç görüşmədi. Yazışmaq istədilər, amma hər iki cəmiyyətin bir-birinə qarşı olan mənfi fikirləri və qarşılıqlı nifrət və oxşar ictimai qınaq onları qorxutduğu üçün cəsarət edə bilmədilər. Müharibəyə qədər Musanın xalası Şuşada yaşayırdı. O hər yay xalasının yanına gedirdi və bütün yayı orada keçirirdi.

Artıq fərqli müharibədən sonrakı həqiqətlər başlamışdır.

Bu gün keçmiş dostlar və qonşular oteldə qonşu otaqlarda qalır. Onlar birlikdə üç günlük tətil edirlər. Bu onlar üçün uzun zamandır gözlədiləri bir görüşdür. Üç günlük qovuşmada onların müzakirə edəcək 25 illik söhbətləri var. Karen və Musa uşaqlıqlarının xoş günlərini xatırlayaraq başladılar.

Onlar bu görüşü həyəcanla gözləyirdilər, hətda necə davranacaqlarını və nəyi müzakirə edəcəklərini bilmirdilər. Otelə müxtəlif zamanlarda çatdılar.

Qəbulda, Musa Karenin qalacağı oteli soruşdu və orada gözlədi. Nəhayət uzun zamandır gözlənilən qovuşma anı çatdı. Qucaqlaşdıqdan sonra, Karen özü ilə gətirdiyi Ararat Konyakını çıxardı və stolun üstünə qoydu. Pəncərədən görünən mənzərədən zövq alaraq söhbətə başladılar.

Karen – Musa, ümid edirəm məktəbə birlikdə necə getdiyimizi xatırlayırsan.

Musa – O günləri unutmaq olar?

Karen – Ah o günlər necə də qayğısız idi!

Musa – Uşaqlıq xatirələri nə qədər şirindirsə, o qədər unutulmaz olur.

Karen – Hətda keçən illər bizi uşaqlıq xatirələrimizdən uzaqlaşdıra bilməyib.

Musa – O vaxtlardan olan gözəl xatirələr və unutulmaz anlar bunu sübut etmir?

Karen- Bəli Musa, sən haqlısan bizim dostluğumuzun gücü bu xatirələrdə və onların səmimiyyətindədir. Gördüyün kimi uzun illər sonra yenidən görüşdük. Bu möhtəşəm yerdə tətildəyik və keçmişdən olan gözəl xatirələri paylaşırıq.

Həmin günlərin maraqlı anları haqqında zarafatlaşdılar və xoşbəxt oldular. Həyatlarının ən mənalı günlərini yaşadıqları qədim Bakının gözəl yerləri haqqında uzun-uzun söhbət etdilər. Onlar tez-tez Qız Qalasına gedərdilər və oradan Xəzər Dənizini seyr edərdilər.

Müharibədən danışmağa başlayanda üzlərindəki xoşbəxtliyi kədər və təəssüf hissi əvəz etdi. Onlar müharibənin dəhşətlərini və həyatlarını necə məhv etdiyini müzakirə etdilər. Bütün müharibələrə lənət oxudular.

Musa – bu müharibə bizi yalnız bir-birimizdən uzaqlaşdırmadı, həmçinin birlikdə görə biləcəyimiz çox şeydən də ayırıb.

Karen – o insalara və onların siyasətinə lənət olsun ki, bizi illərnən bir-birimizə qarşı qoyub və öz kirli oyunlarına alət edib.

Musa- Şükürlər olsun ki, illərlə olan əlaqələrimiz yenidən bərpa edildi.

Karen- Səninlə tamamilə razıyam, Musa. Bu illərdə itirdiklərimizi geri ala biləcəyimizə ümid edirəm.

Musa – İndi öhdəliyimiz nədir bilirsən?

Karen – Bilirəm dostum. Biz uşaqlarımıza bizim kimi əziyyət çəkmələri üçün imkan verməli deyilik.

Musa – Tamamilə haqlısan. Şükürlər olsun ki, müharibənin çətin vaxtları keçdi. İndi daha sağlam və tolerant uşaqlar böyüdə bilərik.

Karen – Ailən necədir? Azərbaycanda vəziyyət necədir indi?

Musa – Hər şey yaxşıya doğru gedir. Hər gün insanlar arasındaki nifrət və antipatiya azalır. Gələcəklə bağlı hər kəsin çoxlu ümidi var. Bildiyin kimi bir oğlum və bir qızım var. Məktəblidirlər və çox çalışqandırlar. Bəs sənin ailən və uşaqların necədir?

Karen – Bizdə də Azərbaycandaki ilə eynidir vəziyyət. Azərbaycan və Ermənistan arasındaki münasibət yaxşılaşır, bunun nəticəsi olaraq iqtisadi vəziyyətimiz yaxşılaşır. Mənim də qızım var. Ailəmə sənin haqqında danışmışam. Yaxın zamanlarda ailələrimizi görüşdürək.

Musa – Əlbətdə, bu möhtəşəm olar. Gedək və indi şəhəri gəzək.

Karen – Yaxşı.

Köhnə dostlar Şuşanı gəzməyə çıxdılar. Yol boyu söhbətə davam etdilər. Qərar verdilər ki, birinci olaraq müharibə qurbanlarının xatirəsinə və sülh razılaşmasının beşinci il dönümü için tikilmiş abidəni ziyarət etsinlər. Ziyarətdən sonra şəhərin görməli yerlərinə baxmağa getdilər. Yerli əhali ilə maraqlı söhbətlər etdilər. Hər yerdə turistlərə rast gəlirdilər və bu onlara qürur və sevinc hissi verirdi.

Münaqişə və düşmənlik heç bir ölkəyə və ya insanlara heç vaxt xoşbəxtlik gətirməyib və bu iki qonşu ölkənin hər iksi əziyyət çəkib. Tarixin bütün mərhələlərində anaları gözüyaşlı və yüzminlərlə insanı evsiz qoyub. İnsanlar çətin ayrılıqlara dözməli olublar. İnsanları belə əziyyət çəkməyə məcbur edənlər hər zaman lənətlənib.

Bütün keçmişdən gələn bu xatirələrə baxmayaraq, onlar indi xoşbəxtdirlər. Çətin yoldan keçərək, bu iki millətin insanları inandıqları höküməti qura bilib və regional birlik yaradaraq öz qanunlarını tətbiq edə biliblər.

Qovuşmadan üç gün sonra, keçmiş dostlar razılaşdırlar ki, Karen qışda Bakıya gələcək və növbəti yay tətilində Musa Yerevana səfər edəcəkdir. Bu sülhün insanlara gözəl həyat yaşamaqla bağlı arzularını həyata keçirməyə necə kömək etdiyini göstərən hekayədir. ·


Pərvin Quliyev yazır


Pərvin, 28, freelans journalist və vətəndaş cəmiyyəti aktividir. O Gənclər Klubu QHT-nin idarə heyəti üzvü və Cənubi Qafqaz Liberal Gənclər Şəbəkəsinin həmtəsisçisidir. O həmçinin A-13 siyasi müxalif hərəkatının həmtəsisçisidir və Azərbaycanın ilk online telekanalı olan kanal13.tv-nin işçisi olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *