Qadağan edilmiş sevgi hekayələri azərbaycanlılar və ermənilər arasında onların daha çox üzülmüş hissəsindəki sınmış münasibətlərin acısını göstərir. Sülh bunları bərpa edəcək.


·2025 – ci ilin soyuq dekabr gecəsi idi. Bu gecə həmin qışın ən soyuq gecəsi idi. Baxmayaraq ki, Səid həmin gecə qədim Tbilisidə soyuğu hiss edən yaganə insan idi. Bütün hissləri intensivləşmişdi, sanki indi yalnız bir gecə dayanırdı onunla gəncliyinin ehtiraslı xəyalları arasında. Keçən səkkiz ildə planladığı və arzuladığı hər bir şey gerçək olacaqdı. Nəhayət bu baş verəcəkdi. Bütün hər şeydən sonra, niyə də yox? Onun yolunda artıq heç bir əngəl yox idi, gələn sabahda onun qarşısında heç bir sərhəd olmayacaqdı. Keçən əsrdən bəri davam edən müharibə bitmişdi. Bəlkə də, onu gözləməkdən yaranan acısı da bitəcəkdi.

Yeni il başlanğıcında nəhayət Ermənistan və Azərbaycan arasında sərhədləri açdılar, sülh sazişinin bir hissəsi Bakı və Yerevan arasında yeni yol kimi idi. Azərbaycanlılar ilk dəfə olaraq Ermənistana səyahət edə biləcəkləri kimi, qarşı tərəfdə də eyni cür olacaqdı. Səid artıq gözləyə bilmirdi. Maşınına mindi və səyahətə başladlı. Tıxac var idi. Bir çox insan açıq sərhədi görmək üçün, bəlkə də 30 ilə yaxın bağlı qalçmış qarşı tərəfi bir an içində görmək, keçmiş dostlarını və ya ailələrini görmək üçün səbirsizlənirdi. Və ya, bəlkə də onun kimi münaqişədə itirilmiş sevgini tapmaq idi məqsəd.

Səid gərgin idi. Bir neçə dəfə dayandı, maşından endi və bir-birinin ardınca siqaret yandırdı. Tüstü onu keçmiş xatirələrə apardı. O Areviki ilk dəfə illər əvvəl, bir yaz günündə, Almaniyanın Frankfurt hava limanında görmüşdü. O incə çiçək naxışlı paltar geyinmişdi. Həmin an ağlına gəldiyi zaman Səid qeyri-ixtiyari gülümsədi. Maşına mindiyindən bəri ilk dəfə üzündəki ciddi ifadə yoxa çıxdı, yerini dərin bir gülümsəmə tutdu, o qədər güclü idi ki, heç bir rəssam bunu fırça ilə təsvir edə bilməzdi.

Arevik orada öz paltarında onun sırasının yanında passport yoxlanma məntəqəsində ona heç diqqət etmədən dayanırdı; Səid artıq bilirdi ki, bu an onun həyatını tamamilə dəyişəcəkdir. Hər şey qəfildən oldu, Arevik canlı şəkildə hərəkət etdi və Səidin dayandığı sıraya gəlib dayandı. O ilk dəfə Səidin baxışlarını tutdu və ona baxdı. Əsəbi şəkildə Səiddən sırasını ona verməsinin mümkün olduğunu soruşdu. Həmin anda Səid reaksiya verə bilmədi. Olanları başa düşmürdü. Bildiyi tək şey heç nəyin yenidən eyni olmayacağı idi. Bu dəfə o qızın çox yüksək səslə və iti şəkildə soruşduğunu gördü və geri çəkildi. Amma hələ də səssiz idi.

Arevik ona sadəcə baş işarəsi ilə təşəkkür etdi və sırada onun yerinə keçdi. Bundan sonra, Səid Arevikdən gözünü ayırıb kənara baxmaq istəyəndə onun əlində tutduğu pasportdaki yazını gördü. Ermənistan. Söz onu yerinə sapladı, titrədi. Sanki müharibə yenidən başlamış və onun dayandığı yer Frankfurt hava limanı deyil, çox şiddətli və qorxunc müharibənin olduğu barikadalar idi.

Pasport yoxlama məntəqəsinə yaxınlaşan Erməni pasportu olan qızın yerə dəyən çantasının səsi onu fikirlərindən ayırdı. Areviki izləyərək, Səid öz pasportunu yoxlama məntəqəsinə verdi. O çemodanını götürdü və sıradaki ilk taksiyə doğru addımladı. Elə həmin anda əlində Ermənistan pasportu tutan qız taksinin digər qapısından içəri girdi. O bu dəfə də öz sırasını verməyi düşündü, amma qız soruşdu “Hara gedirsən?” Səid avtomatik olaraq gedəcəyi ünvanı dedi. Qız eyni istiqamətə getdiyini və etiraz etmirsə birlikdə getmələrinin mümkünlüyünü soruşdu. Hava limanından gedəcəkləri yerin arasındaki məsafə yetərincə uzun idi.

Səid gözlərindəki sabit baxışlarını yola dikdi. Qəflətən Arevik sakitliyi pozdu. O bir-birinin ardınca suallar verməyə başladı. Yalnız yarım saat əvvəl, Səid bu anı çox ürəkdən istəyirdi, amma indi güclü olan təhlükə hissi onu yanında outran qızdan kənara itələməyə çalışırdı.

Hələ də o, bir-birinin ardınca suallar verirdi. Nəhayət, o da sual verməyə başladı. Yarım saat sonra taksidən endikləri zaman Arevik artıq hava limanında Ermənistan pasportu tutan qız deyildi. O yenədə ilk başda gördüyü incə çiçək naxışlı paltar geyinmiş qız idi. Həmin bu vaxt ərzində onlar adları və hardan olmaqları istiasna olmaqla hər şeydən danışdılar. Bəlkə də Səid bu təhlükəylə qarşılaşmaqdan qaçınmaq üçün müxtəlif mövzular təklif edirdi. Çünki o, Arevikin hardan olduğunu bilirdi. Sağollaşarkən qız hava limanındaki titrək səsi ilə Səiddən nömrəsini istədi. Səid bir anlıq tərəddüd etdi, sonra nömrəni verdi.

İki gün sonra onlar yenidən görüşdülər. Səid ona kim olduğunu deməyə qərar verdi. Arevikin ilk reaksiyası Səidin hava limanında göstərdiyi ilə eyni idi. Amma sonradan, o da millətçilik, düşmən, müharibə və Qarabağ düşüncələrindən daha güclü olan hisslərlə doldu. Beləliklə, onların dostlarından, ailələrindən belə gizlətdikləri gizli sevgiləri başladı. Ailı ittihamlarından uzaq, onların sevgiləri qayğıdana zad idi. Arevik öz təhsilini bitirib Yerevana geri qayıdana qədər, altı ay boyunca onların hər günləri əyləncə və həyəcanla dolu idi. Getdiyi gün Səidə geri dönəcəyinə söz verdi.

Həftələr idi ki, ondan cavab almırdı. O anasının çox xəstə olduğunu və anasının qayğısına qalmaq istədiyini yazmışdı. Belə ki, o ailəsini tək qoyub gələ bilməyəcəkdi. Onlar həqiqəti görməli idilər. nə qədər ki, Ermənistan və Azərbaycan arasında müharibə davam edəcəkdi, münasibətlərinin xilasına heç bir imkan yox idi.

Səid məyus oldu və Bakıya geri döndü. O gergin bir tənhalığa qapıldı, çünki xain adlandırılmaq qorxusuna görə heç kimə hisslərini deyə bilmirdi. O, bir az ovunmaq və anlayış tapmaq üçün Seymur Baycanın “Quqark” və, Əli Əkbərin “Artuş və Zaur” kimi azərbaycanlı və erməni sevgisini anlatan kitablarını oxumağa başladı, amma “Quqark” əsərindəki Anuş və Seymurun sevgisi, və Artuş və Zaur faciəsi onun həyatını sevgilisi olmadan daha da acılı elədi. Bir neçə dəfə o Artuş və Zaurun elədiyi kimi, Bakının İçəri şəhərindəki qız qalasından özünü ataraq intihar etmək istədi. Sonra isə müharibənin həqiqətlərinə boyun əyməyə və öz taleyi ilə barışmağa başladı. Hər şeyi unutacaqdı və Arevik ilə birlikdə olan gələcəyi gözləyəcəkdi.

Bir il əvvəl idi hər şey, bəlkə də 10 ildən çox, hətta Səid özü neçə il olduğunu unutmuşdu. Bəzən ona elə gəlirdi ki, bu Frankfurt hava limanında sadə passport yoxlama sırasında baş tutan həyat dəyişdirən görüşdən əsrlər keçib.

İndi o yenə passport yoxlama məntəqəsində dayanmışdı, bu dəfə Ermənistan-Azərbaycan sərhəddində. Ona çox yaxın hiss edirdi, amma eyni zamanda onun gedib orada evləndiyi düşüncəsindən qorxurdu. Yoxlama məntəqəsindəki ermənistanlı məmur onun pasportuna baxdı və soruşdu “Ermənistana gəlmə səbəbiniz nədir?”

“Sevgi” dedi Səid.

Kişinin üzü qızardı. “Əla, ümid edirəm onu tapacaqsınız, Xoş gəldiniz, qonşu!”·


Samirə Əliyeva Yazır


Samirə, 30, öz həyatını sosial işə həsr edir. Bakıda Xəzər Universitetində dərs deyir və eyni zamanda özəl baxçalarda sosial işçi kimi çalışır. O xüsusi təhsil şagirdləri üçün vətəndaş cəmiyyəti layihələri həyata keçirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *