Öz keçmiç evinə qayıtmaqla azərbaycanlılar nələrinsə ömürlük itirildiyini başa düşəcəklər, amma yeniliklər tapıla bilər.
I Hissə
·Parlaq soyuq oktyabr sabahı idi, ququ saatı 8:00 vurdu. Ameliya günəş işığını üzündə hiss edərək inləməyə başladı, “Offf! Nə təz səhər oldu!” . O, 10 dəqiqə əvvəl yuxuya getmiş kimi özünü yorğun hiss edirdi. Tam oyanana qədər yerində özünü qalxmağa məcbur eləməyə çalışırdı. Həmişə olduğu kimi ilk olaraq Ameliya komodun üstündən oğlu Əlinin şəkilini götürdü və onu öpdü. Nəhayət, o, yorğanı üzərindən atdı və axsayaraq yataqdan qalxdı, onun əynindəki ağ jilet və pijama altı qırışmışdı və saçları çox dağılmışdı. Altmış yeddi yaşlı Ameliya Əzimlinin ayağında varikoz var idi və buna görə çox yavaş tərpənirdi. O, qəhvə axtarışında güzgünün yanından keçərək, mətbəxə yönəldi. Su qaynayanda , o qəhvəsini hazırladı və pəncərə kənarında oturdu. Qəhvə içərək, küçədən keçən insanları seyr edirdi. Ameliya o qədər fikirə getmişdi ki, vaxtın necə keçdiyini hiss etmədi. Saat 8:45 idi və o, işə getməli idi.
Onun iş yeri evdən on beş dəqiqəlik məsafədə yerləşirdi. O, Royal College of Music’də skripka dərsi deyirdi. Skripka həyatda ən sevdiyi məşquliyyət idi. Ameliyanın sinifində iyirmi səkkiz tələbə var idi. O, sinifə daxil olanda hərkəsin yerində olduğunu gördü. Həmişə olduğu kimi, jurnalda qeydlər aparıb, davam elədi. Dərs zamanı, onun telefon çaldı:
“Ayyy! Üzr istəyirəm. Telefonumu söndürmək yaddan çıxıb” deyərək çantasında axtarmağa başladı. Tələbələr gülməyə başladı. Ameliya telefonlar barəsində çox ciddi idi və dərs zamanı tələbələri onlarla oynayan və ya danışan görəndə həmişə alırdı.
Zəng vuran qardaşı idi. Səhər bu vaxtı durmaq onun təbiətdə deyil. O, təqaüdçü idi və yatmaqı çox sevirdi. Baxmayaraq ki, Ameliya narahat oldu,telefona cavab vermədi. Telefonu masanın üzərinə qoyub tələbələrə qayıtmışdıki, telefon yenidən çaldı. Bu dəfə Ameliya gözləyə bilmədi və qapını yavaşca qapını arxadan baəlayaraq , otağdan çıxdı.
“Günaydın, Ameliya” Əhməd dedi,”Mən işdə olduğunu bilirəm, lakin bu çox vacibdir “.
Ameliya çox narahat oldu. O, pis bir şey baş verdiyini düşündü.
“Bəli, Əhməd. Eşidirəm!”
“Bu gün xəbərlərə baxmısan?” Əhməd dedi. Onun səsi həyəcanlı gəlirdi.
“Yox. Danış, Nə olub? Nifrət edirəm sən söhbəti uzadanda!” Ameliya yavaş-yavaş əsəbləşirdi.
“Deyir ki, bu gün (aprelin 16sı), Azərbaycanla Ermənistan sülh saazişi imzalayıb. Müharibə rəsmi olaraq bitdi” o dedi, biraz gözləyib davam elədi,”Ameliya ordasan? Eşitdin nə dediyimi?”
O, donmuş idi. Nə deyəcəyini bilmirdi. Qısa fasilədən sonra cavab verdi:
“Hə. Eşitdim “Ameliya bildirdi, onun səsi titrəyirdi,”Dərsin ortasındayam, danışa bilmirəm” deyib telefonu bağladı.
O, orada donmuş vəziyyətdə nə qədər qaldığını bilmirdi.
“Xanım Əzimli, hər şey yaxşıdır? “kimsə dəhlizin sonunda onun adını çağırdı” Xanım Əzimli, salam “.
O yaxınlaşan kimi, Ameliya fortepiano müəllimi cənab Ebershoff’u tanıdı.
“Mən yaxşıyam, təşəkkür edirəm ” dedi və otağına qayıtdı.
Dərsin bitməsini gözləmək çox çətin idi. Şansına bu gün üçün sadəcə bir dərsi var idi. Zəng çalanda o, özünü çox rahatlamış kimi hiss etdi və hava almaq istəyirdi.
Bayırda hava sərin idi. Ameliya Queen Gate küçəsi ilə aşağı getdi, Hyde Park’a doğru. Royal Albert Hall’un yanından keçəndə, oğlunun orada kraliça üçün necə konsert vermək istədiyini xatırlatdı. Əli çox istedadlı idi. O, “Mama”dan daha yaxşı skripka çalırdı. O, anasını belə çağırırdı. Qarabağ müharibəsi zamanı cəbhəyə getdiyində Əlinin on doqquz yaşı varidi. Ameliya oğlu görə çox qorxurdu. O artistik təbiətli bir insan idi: arıq, orta boylu. Əli gedəndən sonar, ondan birdaha xəbər ala bilmədi. “Zaman bütün yaraları sağaldır deyirlər, ancaq bu doğru deyil” özü-özünə düşündü. Sanki dünən olmuş kimi, acını hiss edirdi.
Yavaş-yavaş o, parkda palıd ağacı altındaki öz sevimli yerinə yönəldi. Ora çox sakit bir yer idi; özünü pis hiss etdiyi zaman ora gedirdi. O, xüsusilə bir şey haqqında düşünmürdü, amma onun zehni məşğul idi. Ameliya emosional olaraq tükənmişdi və bir müddət sonra yuxuya getdi.
Çiyninə incə toxunuş onun oyatdı. Yoldan keçən itini gəzdirən bir qadın idi. O, Ameliya hərəktsiz görüb, ölü olduğunu düşünmüşdü. Yaşlı qadının yaxşı olduğundan əmin olub “İtini gəzdirən qadın” öz yolu ilə getdi.
O, Əhmədlə, onun yeganə yaxını ilə, danışmaq istəyirdi. O, ayağa qalxan kimi ayaqlarında ağrı hiss etdi: varikoz son vaxtlar heç aman vermirdi. Ameliya taksiyə minib qardaşını görməyə getdi.
Qapını onun həyat yoldaşı açdı.
“Salam! Necəsən? Bilmirdim gələcəksən…ayyy bağışla qapıda qaldın. Buyur, keç!” Şeril dedi.
“Sağol. Əhməd evdədir?” Ameliya pencəyini çıxartaraq, soruşdu.
“Hə. Qonaq otağındadır. Televizora baxır”.
“Əhməd, mənim əziz qardaşım, mən səninlə danışmağa gəlmişəm” o, dedi.
“Bilirəm, əzizim. Danışmalı olduğumuz şeylər var. Buyur, əyləş” Əhməd dedi.
“Mən evimə qayıtmağa qərar verdim. Yeganə gerçək evimə” Ameliya yaşla dolu gözlərlə bildirib.
“Niyə? Sən neçə illərdir İngiltərədə yaşayırsan! Bundan başqa, kim sənin qayğına qalacaq? Ən azından burda bilirsən ki, mənə arxalana bilərsən” Əhməd bildirib.
“Mən qərarımı verməşəm. Mənim üçün elədiyin hər şeyə görə çox minnətdaram. Azərbaycanda hər şey mənə oğlumu xatırlatdığı üçün, orada qala bilməzdim. Sən olmasaydın nə edərdim bilmirəm heç , amma oğluma yaxın olmaq istəyirəm. Bu mənim rahatlıq tapmağımın yeganə yoludur. Məni yola gətirməyə çalışma”.
Əhməd, bacısına yaxınlaşıb bir şey demədən, ona sarıldı.
Tezliklə Ameliya işdən çıxdı, evini boşaltdı və Şuşaya getdi.
II Hissə
Yol sonsuz görünürdü; Ameliya yüksəklik qorxusuna görə təyyarə ilə uça bilmirdi və buna görə də Londondan Bakıya qatarla getdi. O, vaxt itirməmək üçün avtomobillə Bakıdan birbaşa Şuşaya yollandı. Avtomobilin sürücüsü azərbaycanlı idi. Söhbətcil sürücü Şuşaya qədər bütün yolu danışdı. O, əvvəllər Bakı-Gəncə istiqamətində çalışırdı, sonra Qarabağa gedənlərin sayısı çoxaldığı üçün Bakı-Şuşa istiqamətinə keçdi. Qarabağa geri qayıdan dostlarının dediklərinə görə ermənilərlə aralarında hələki hər hansı bir problem olmadığını bildirib. Ameliya şuşalı olduğunu, müharibədən sonra İngiltərədə yaşadığını və indi ev qayıtdığını sürücüyə bildirib.
“Mən otel bronlamamışam və harada qalmaq olar bilmirəm; yaxşı bir yer bilirsiniz? “Ameliya soruşdu.
“Əlbəttə. Burada məşhur bir otel var, qonaqlar oranı sevirlər. Əgər orada boş otaq olmasa, sizin üçün başqa yer axtararıq “deyə sürücü cavab verdi.
Ameliya bütün yol narahat idi, o, illər sonra Qarabağda onun nə gözlədiyini bilmirdi. “Şuşaya gəlmisiniz” yol işarəsini görəndə onun həyəcanı bir az daha artdı. Yol işarəsi üç dildə idi: erməni, azərbaycan və rus. Yüz min əhalisi olan bir şəhər üçün yol çox məşğul idi. Yol yaşıl idi; yolun hər iki tərəfində ağaclar var idi. Şəhər çox dəyişməmişdi, öz tarixi gözəlliyini qorumuşdu. Şəhərdə demək olar ki, hündür mərtəbəli binalar yox idi, mərkəzdəki bir-iki binadan başqa.
“Çatdıq! Buradır. Şuşa Grand Hotel. Şəhərin ən yaxşı oteli” mavi binaya işarə edərək, sürücü bildirib. Onlar gələndə saat beş idi. Otel şəhərin işlək sahəsində idi və ətrafı çox səs-küylü idi. Onlar avtomobildən endi və sürücü baqajdan əşyaları çıxardı. Ameliyanın İngiltərədəki həyatından cəmi bir çamadan və bir əl yükü var idi. Çamadan ağır idi və Ameliya daşıya bilmədiyinə görə sürücü kömək etdi. Onlar resepsiyona çatanda, konsyerj onların əşyalarını aldı və bir arabaya qoydu. Ameliya sürücünün ödənişini etdi və yardımına görə təşəkkürünü bildirərək ayrıldı.
Resepsionistin adı Levon idi; Ameliya üzərindəki ad nişanına baxaraq bilmişdi bunu. Bu onun üçün qeyri-adi deyildi; Londonda işləyəndə Ameliya illər ərzində bir çox erməni tələbəyə dərs demişdi.
“Günortanız Xeyir! Şuşa Grand Hotel’ xoş gəlmisiniz, mən sizə necə kömək edə bilərəm? ” resepsioner Rus dilində soruşdu.
“Mən bir həftə qalmaq istəyirəm, bəlkə də daha çox” Ameliya ingilis dilində cavab verdi. O, rus dilini bilsə də, danışmağı sevmirdi, həmişə ingilis dilinə üstünlük verirdi.
Resepsionist dərhal ona otaq təyin etdi və açarları, otağa qədər müşayiət etməsi üçün konsyerjə təslim etdi. Oğlan qapını açdı və əşyaları otağa yerləşdirdi. Ameliya ona pul kisəsindən beş funt Verdi və oğlan getdi.
Otaq altıncı mərtəbədə idi və pəncərədən görünən mənzərə gözəl idi. Pəncərədən yolun qarşısındaki Kanach JHAM kilsəsini görə bilirdi. Ameliya duş qəbul etdi və nahar eləmək üçün aşağı endi. Nahardan sonra, o, bir az gəzintiyə çıxdı. Şəhərin havası əvvəlki kimi qəşəng qoxurdu. Görmək istədiyi ilk şey onun evi idi. Evin yerləşdiyi küçəyə çatanda, evi gördü, lakin evin zahiri görünüşü dəyişmişdi. Bu bir mərtəbəli ev idi. Ameliya qapının qarşısında durub fikirləşirdi, evə girsin ya yox; birdən arxasında bir qadın səsi eşitdi, o erməni dilində nəisə dedi. Ameliya çevriləndə, əlində çanta olan bir gənc qız gördü.
“Üzr istəyirəm, mən erməni dilini bilmirəm. Mən azərbaycanlıyam. Siz rus dilini bilirsiniz? “
“Kimisə axtardığınızı soruşdum sizdən. Mən bu evdə yaşayıram ” rus dilində qız cavab verdi.
“Yox. Mən yalnız … Mən müharibədən əvvəl burada yaşayırdım. Mən şəhərə gəldim və evi görmək istədim “Ameliya bildirdi.
“Haa…Mən atamı çağırım. Burada gözləyin” qız dedi və evə girdi.
Bir az sonra o, atası ilə döndü. Qafqaz görünüşlü, orta boylu bir adam idi.
“Salam! Mənim adım Vigen Kazumyandır. Qızım sizin haqqınızda dedi mənə. Buyurun içəri!” sol tərəfə işarə edərək, ” Hava yaxşı olanda biz burda yemək yeyirik, çay içirik”. Evin solunda stullarla masa var idi, bütün həyətdə ağaclar və güllər əkilmişdi.
“Bizə çay gətir, zəhmət olmasa” Vigen qızına dedi.
“Əlbəttə. Bu dəqiqə” deyib, içəri keçdi.
“İçəri dəvət etdiyiniz üçün təşəkkür edirəm ” danışmağa başladı, ” Mənim adım Ameliya Əzimlidir ” Müharibə qədər həyatımın böyük hissəsini bu evdə yaşamışdım. Bu, mənim atamın evi idi. Mən Onun ölümündən sonra mənə miras qaldı ” Ameliya ona hekayəsini danışmağa başladı.
“Mən sizin itkiniz üçün təəsüf edirəm… Biz müharibədən sonra 1995-ci ildə bu evə köçdük. Bütün tərk edilmiş evlər şəhər bələdiyyəsinin nəzarəti altında idi. Mən bu evi yaxşı qiymətə aldım” Vigen dedi və çayından bir udum içdi.
“Girib baxa bilərəm evə, görmək istəyirəm ” Ameliya dedi.
“Bəli. Əlbəttə ” Vigen dedi, “gedək”.
Ameliya evə daxil olanda, özünü çox kədərli hiss etdi. Evin içi tamamilə dəyişmişdi, evdə hər şey yeni idi; onu və Əlini xatırladan heç bir şey yox idi. O, otaqlara bir-bir girməyə başladı, onların əvvəlki halını özünə təsəvvür edərək. Sonra o, Əlinin otağa daxil oldu: Vigenin atelyesi olmuşdu. O, dərzi idi. Ameliya artıq göz yaşlarını tuta bilmədi və ağlamağa başladı. Onun evindən, onun həyatından əsər-əlamət qalmamışdı. Şuşaya gəlmə səbəbi evinə qayıtmaq idi. Amma indi onun heç bir şeyi yox idi, müharibə onun sevdiyi hər şeyi əlindən almışdı. Ameliya artıq o evdə olmaq istəmirdi, ona görə ev sahibinə təşəkkür edib getdi. O, çox yorğun idi və yavaş addımlarla otelə getdi. Otağa daxil kimi yatmağa getdi və tezliklə yuxuya getdi.
Tezliklə Ameliya şəhər mərkəzində mənzil tapıb və ora köçdü. Günlər, həftələr tez keçdi. Gedərək çox azərbaycanlı dövlət proqramı çərçivəsində Qarabağa köçürdü. Proqramın şərtlərinə əsasən Azərbaycandan olan erməni qaçqınlarına və Ermənistandan olan azərbaycanlı qaçqınlarına müvafiq olaraq Azərbaycanda və Ermənistanda vətəndaşlıq veriləcək, və mənzillə təmin olunacaqlar. Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin isə özlərinə ya Dağlıq Qarabağda, ya Ermənistanda yaşamaq, və mənzillə təmin olunmaq seçimi verilə bilər.
Ameliya çoxdanki arzusu üzərində işləməyə başladı – Şuşada musiqi kolleci yaratmaq. Ameliyanın kollec açmaq üçün qənaəti var idi, əlavə olaraq qardaşından pul almışdı. Növbəti dörd ayı o, bürokratik prosedurlar, kollec üçün bina və müəllim axtarışı və bunun kimi işlər gördü. Oktyabrın biri kollecin təntənəli açılışı edildi. Fərqli millətlərdən tələbələr var idi: ermənilər, azərbaycanlılar, ruslar və yəhudilər. Ameliya bu insanlara, bir zamanlar oğlunun olduğu kimi, musiqiçi olmaq imkanı verdiyi üçün xoşbəxt idi. Tədris ilinin sonunda kollecin adı uğur modeli kimi tez-tez qəzetlərdə və xəbərlərdə qeyd olunurdu.
Sülh müqaviləsinin imzalanmasının birinci ildönümü yaxınlaşırdı və Ameliya bunun şərəfinə konsert planlaşdırırdı. Konsertdə çıxış edəcək orkestrda məktəbin ən istedadlı tələbələri var idi. Orkestr tam sürətlə bu konsert üçün hazırlaşırdı. Eyni zamanda, Ameliya Azərbaycanın və Ermənistanın yüksək vəzifəli rəsmilərinə dəvət göndərmişdi.
Nəhayət o gün gəlib çatmışdı; Aprel 16. Son hazırlıqlar görülmüşdü və hər şey hazır idi. Konsertin başlamasına dəqiqələr qalmışdı və salon tədricən doldu.
“Xanımlar və cənablar, sülh üçün 1-ci illik konsertinə xoş gəlmisiniz! Burada bizimlə olmanız bizim üçün xoşdur. Açılış danışmasını etmək üçün mən səhnəyə tədbirin təşkilatçısı Ameliya Əzimlini dəvət edirəm! ” aparıcı dedi.
(Alqışlar)
“Təşəkkür edirəm. Axşamınız xeyir, xanımlar və cənablar. Bu tarixi hadisəni bizimlə qeyd etmək üçün gəldiyiniz üçün təşəkkür edirik. Bu müharibə ucbatından mən yeganə övladım, oğlumu itirdim, yüzlərlə, minlərlə insanın sevdiklərini itirdikləri kimi. Biz övladlarımızı, ərlərimizi, qardaşlarımızı müharibəyə göndəririk, çünki biz fikirləşirik ki, düzgün olan, şərəfli olan budur. Doğrudan mı bu belədi? Mənə maraqlıdır, oğlum burda olsaydı, o, nə deyərd. Biz birlik olub müharibəyə yox desək, öldürməyə yox desək yalnız o zaman onların ölümünün mənası olar… Xoş seyirlər. Təşəkkür edirik” Ameliya dedi və ön sıradaki yerinə getdi. Oturandan sonra, o, gözlərini yumdu və “Ahhh” çəkərək dərin bir nəfəs aldı.
Orkestr Luigi Denzanın “Funiculi, Funicula” əsərini çalmağa başladı.·
Elturan Kazımlı yazır