Müharibənin acımasız həqiqətləri üzə çıxdığı zaman, məktəb uşaqlarının sadə xəyalları külə çevrildi.


·Günəş artıq batmağa hazırlaşırdı. Qüruba endikcə, üfüq xətti sakit – sakit qızarırdı. Ətrafda işdən çıxıb evinə tələsən adamların, axşam gəzintisinə çıxan şəhər sakinlərinin səsləri qəribə ahəngli musiqi yaradırdı. Kimi öz qayğıları ilə məşğul olmağa gedirdi, kimisi də qayğısızlıqdan gəzişirdi.

Əhməd kişi də başını salıb evə tələsirdi. Bu gün çox gec qalmışdı. Gör neçə il idi ki, o eyni yolla evə gedir, eyni yolla da geri qaydırdı. Ömrü elə bu eynilik içində keçmişdi. Təbii ki, bunu onun yaşadığı gənclik illərinə aid etmək olmazdı. Bakı onun xoşuna gəlirdi. Mavi Xəzərin sahilindəki bu şəhərin Xəzrisi də, gilavarı da onun ruhunu oxşayırdı. Ancaq o başqa mühitin adamı idi. Uşaqlığının xoş xatirələrini dağlı-dərəli, gül-çiçəkli yurdunda qoyub gəlmişdi. Hərdən ömrünün yaşıl yarpaqlı uşaqlıq illəri üçün darıxırdı.

Müharibə onun da atasını öz ağuşuna almışdı. Müharibə onun da rəngli arzularını öz fırçası ilə qara rəngə boyamışdı. Görəsən birdən birə niyə xəyalı onu o ağrılı günlərə apardı ki?! Yox, o heç keçmişini unutmamışdı ki… Bu təkcə xəyal deyildi. Yatanda belə yuxularında gecələr səmada sayrışan ulduzlar kimi parlayan bir keçmiş idi. Yaxşı yadındadır.. Cəbrayılın girişində teleqüllədən sağa gedən istiqamətdə bir hissəsi Füzuli, digər hissəsi Cəbrayıl ərazisinə düşən kəndlər var idi. Gediş-gəlişli olan bu kəndlərdən sakinlər teleqüllə yaxınlığında bir-birini görəndə gülərüzlə salamlaşar, hal-əhvaldan sonra kənddə olan-keçəndən danışıb yollarına davam edərdilər.

Kiçik Qafqaz dağlarının cənub-şərqində Gəyən düzündə yerləşən bu rayonunun camaatının əkin-biçinini Arazın sol sahil sularından gələn kanallar təmin edirdi. Böyük Mərcanlı kəndinin düz mərkəzində bağlı-bağatlı evləri vardı. Ümumiyyətlə, kənd elə bir yer idi ki, burada qonşu sözü elə ailənin bir üzvü anlamına gəlirdi. Kimə nəsə olurdusa. Kəndin bütün sakinləri anındaca xəbər tutub birləşib o adamın dərdi varsa dərdinə çarə tapır, sevinci varsa sevincini bölüşürdülər.

Əhməd kişinin uşaqlığı üçün burnunun ucu gönəyirdi. Hər fəslin kəndə gətirdiyi gözəllikləri dərk etməyə yenicə başlamış müharibə başlamışdı. Hələ də oradaki son günlərini xatırlayırdı. Qarabağda qonşu olduqları zaman insanlar bir-birini öldürməyə başladı. Əhməd öz dostu Ravik ilə birlikdə tısbağaların kütləvi qırğınını həyata keçirmişdi. Onların 13 və ya 14 yaşı olardı və bığ yerləri yenicə tərləmişdi. Hər iksi fizika və biologiya ilə maraqlanırdı və tısbağa çanaqlarından su dəyirmanı düzəltmək üçün istifadə edirdilər. Çayın kiçik bir axarında quraşdırdıqları bu dəyirmanla “Gənclərin Təbii Enerji Ehtiyatları sahəsindəki kəşfi” adı altında özlərini ulduz hesab etmişdilər. Evə gəlib bu çanaqlar haqqında məlumat verdikləri zaman mükafat əvəzində Əhməd yaxşı cəza almışdı. Amma o vaxtı bunu tam olaraq anlamamışdı, lakin Ravik erməni idi və Erməni-Azərbaycan dostluğunun tamamlandığı günlər idi. Bir daha yenidən Raviki görmədi. Onlara çay üzərindəki son ixtirasında ancaq hər birinin son anda qoparıb apardığı tısbağa çanağı xatirə qaldı. Bir müddət sonra müharibə Cəbrayıla da çatdı, Əhməd və ailəsi bağ-bağatlı kəndi qoyub hamı Arazın içi ilə o biri sahilə pənah gətirdi.

Yalnız bir neçə il əvvəl, qəflətən müharibə yekunlaşdı. Zamanla iki tərəf arasındaki münasibətlər bərpa edilməyə başladı. Əhməd kişinin

Qız nəvəsi Samirə Şuşada Autizm mərkəzində təcrübə keçirdi. İlk başda ailəsi buna qarşı çıxmışdı. Amma Əhməd kişi müdaxilə etmiş və tarix boyunca, müharibələrdən sonra vəhşiliklər tamamlanmış, münaqişəli tərəflər yenidən birlikdə yaşamağa başlamışdı. Nəticədə onlar ortaq dəyərlər qanacaqdı. Öz-özünə gülüməsid və Samirənin hər zaman olduğu kimi bu gün də zəng edib onun uşaq olaraq öz kəndi Cəbrayıldan görə bildiyi Qarabağ dağları haqqında danışacağını düşündü. Nəsə deyirdi ki, orada sülh olduğu üçün indi geri qayıda bilər. Bəlkə yayda səyahət etsin və Samirəni də özü ilə aparsın?

– Gör nə tez gəlib çatdım. Aman Allah, bu xəyalın işıq surəti insanı necə də zamanın əsirinə çevirir. Sən keçmişin haqqında düşünürsə, getdiyin yol isə bitib səni evinin qapısına dayayır. – deyə fikirləşən Əhməd kişi qapıya çatıb dəmir dəstəyi özünə tərəf çəkdi. Qapının səsinə bayıra çıxan həyat yoldaşı Sevilə həyəcanla dedi:

-A kişi, harda qalmısan. Uşaq Şuşadan zəng vurmuşdu, sənə deyəcəyi vacib sözü var.

Əhməd kişi həyəcanlandı. Görəsən vacib nə ola bilərdi ki, o günün belə tez vaxtında zəng edib? Saat ona 15 dəqiqə qalmışdı. Sevilə ona nahar hazırladı. Çox həyəcanlandı və isti çayı böyük udumlarla içdi.

İçəri otaqdan gələn qəfil zəng səsi ilə dik atıldı. Dedi “ dayan əzizim, özüm cavab verim” və otağa qaçdı. “Alo? Alo! Bəli, əzizim, mənəm!”

“Necəsən baba? Mən yaxşıyam. Baba, bir qulaq as, gör indi kim danışacaq.

– Alo, Axmed, jan.

Səs tanış gəldi, amma inanmadı. Yox, mümkün deyil. Çox illər keçmişdi. Dəstəyin o tayından o yenidən həmin tanış səsi eşitdi.

“Nə oldu? Tanımadın məni? Mənəm Ravik, Çanaq Ravik”

“Bəli, bəli, Ravik” inana bilmirəm. NEcəsən? Orada nə edirsən? Məni necə tapdın?

Öz nəvəmi bura Autizm Mərkəzinə gətirdim və buradaki mehriban qızla danışanda hekayəni eşitdim. Anladım ki, o sənin nəvən olmalıdır. Hələ də tısbağa çanağımızı saxlayırsan?”·


Aynur Məmmədova yazır


Aynur, 29, şərqşünası, sosial aktiv və müəllimədir. O tiyatr səhnəcikləri hazırlayır, qısa filmlər çəkir və uşaqlara və yeniyetmələrə öz bacarıqlarını artırmaq üçün dərslər verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *