Kafedə baş tutan üç söhbət nəsillər arasındakı fərqləri bütün çılpaqlığı ilə göz önünə sərir- sülhü xatırlayanlar və xatırlamayanlar.


·Budur, 2015-ci il. Mən bir kafedə oturub texno musiqiyə qulaq asıram. Fikrimi sərbəst buraxıram və gələcəyə gedirəm.

Heç bir limitləri olmayan, heç bir sərhəd tanımayan və milliyətə görə dəyişməyən insan idrakı unikaldır.

Bəs dünyada sərhədlər olmasaydı necə olardı? Heç bir münaqişə ölkəsi olmasa necə? Öz gələcəyimiz, sərhədləri olmayan Qafqaz haqda fikir mübadiləsi aparmaq üçün azərbaucanlı dostlarımla əlaqə qurmağa çalışıram. Ey! Gələcəyin qurucuları! Bütün sərhədləri qırmaq, bütün münaqişələri həll etmək və planeti bizlər üçün sülhsevər məkana çevirmək üçün bizim vədəmiz yetişib!

Heç özünüzə sual vermisiz, niyə adi insanlar münaqişələrə və sərhədlərə ehtiyac duyurlar? Sən, bu məqalənin oxuyucusu, heç düşünmüsən ki, bir gecənin içində qəflətən bütün sərhədlər yoxa çıxsaydı həyatımız necə dəyişərdi? Heç ağlından keçibmi, niyə öz torpağımızı- hamımızın paylaşdığı Yer Kürəsinin kiçik bir parçasını qorumaq üçün silahlı qüvvələrə ehtiyac duyuruq? Ümumiyyətlə, hamının birgə yaşadığı bu Yerdə sərhədlər yaratmaq hardan ağlımıza gəldi axı? Niyə bu planeti inkişaf etdirmək və araşdırmaq üçün yaşaya, sərhədlərini aşaraq yeni üfiqlər kəşf edib inkişaf edə bilmirik?

Mən uşaqlıqdan xəyalpərəst olmuşam. Yer Kürəsindən çox başqa yerə mənsub uşaq idim. Paralel reallıqlar, parallel dünyalar və parallel insanlar haqda fikirləşərdim. Bunları indi də fikirləşdiyimə görə mənə elə gəlir ki, hələ də böyüməmişəm. Təxəyyülüm o qədər inkişaf edib kiç artıq bir neçə ildir bu fikrə gəlmişəm ki, ümumiyyətlə, sərhədlər- icazə verin bu ifadədən istifadə edim-axmaq şeydir.

Deyirlər yetkin insanların fikirlərini radikal şəkildə dəyişməyə cəhd etmək təhlükəlidir. Bu təhlükəlidir və sərhəd, limit, münaqişə və nifrət anlayışı olmayan uşaqlara tətbiq edilməlidir.Amma gəlin özümüzü bu yetkinlik fikirlərindən azad edək və uşaqlıqdan bəri bizə aşılanan düşmənçilik və nifrətdən ötəyə gedək.

Musiqi fikirlərimlə həmahəng səslənir… yəqin ki, texno musiqinin zehninizi necə açdığını və sizi həqiqi azadlıq hissinin dərinliklərinə apara bildiyindən xəbərdarsız.

Kafedə insanlar çoxalmağa, qulağımdakı musiqi isə güclənməyə başlayır və gələcəyə dair hər yeni fikir bu haqda müzakirə aparmaq istədiyim insanların surətinə çevrilir. Və budur, öz ümumi gələcəyimizi təsəvvür edən üç nəslin nümayəndəsi burdayıq.

70 yaşlı babam;

22 yaşlı keçmiş əsgər;

Və 14 yaşlı məktəbli qız

Biz hamımız gələcək haqda, sərhədsiz və münaqişəsiz dövlətlər haqda öz fikirlərimizi bildiririk.

Budur, klassik bir set və babamın şəkli gözümün önünə gəlir. O gələcəyi necə təsəvvür edir. Mən ondan, gələcəkdə Ermənistan və Azərbaycanın sərhədləri bağlı olmasa onun üçün nələrin dəyişə biləcəyini soruşdum, o isə dərhal qonşu dövlətlərə səyahət imkanının artacağını, dostlarının və əgər mən nə vaxtsa azərbaycanlı bir gənclə evlənmək qərarına gəlsəm, bəlkə də daha sonra qohumlarımın da olacağını bildirdi. Yenə də ümumi bir cavab yox idi. Üstəlik, o adi insanların münaqişəyə heç bir aidiyyatı olmadığına dair inamımı təsdiqləmiş olurdu.; heç kim hansısa gəncin bugün sərhəddə öldürülmə ehtimalının verdiyi qorxu ilə yaşamaq istəməz və bir gün həmin gəncin yerində öz oğulları da ola bilər.

Beləliklə, gözlədiyim kimi babamla hər şeyə eyni mövqedən yanaşdığımızdan və məsələ ilə bağlı eyni fikirləri bölüşdüyümüzdən heç bir mübahisəmiz olmadı. Məni böyüdən babam və mən rəsmi nümayəndə heyətində olmalıyıq!

Babamla söhbətimizi fikrimdə canlandırarlən bir qrup gənc yanımdan keçdi. Onların içində hərbi formalı bir gənc oğlan diqqətimi cəlb etdi. Yəqin ki əsgər idi və dərhal bir sual yarandı- onlar gələcəyi necə təsəvvür edirdilər? Yadıma düşdü ki, dostlarımdan biri təzəlikcə əsgərlikdən qayıdıb. Ona zəng edib artıq üç saatdan çoxdur ki, oturduğum kafedə kofe içməyə dəvət etdim. Söhbətimiz babamla olan söhbətimizdən daha gərgin keçdi. Bu oğlan sərhəddə qulluq etmiş, atışmaların dəfələrlə şahidi olmuşdu.

“Bilirsən, Aşken, hərbi qulluqdan əvvəl bizim sərhəddin o biri tayındakı insanlara qarşı nifrət haqda heç düşünməmişdim. Amma orda olanda şaxtalı qış gecəsində kimisə öldürəcəyim və ya öldürüləcəyim qorxusu ilə sərhəddə dayandığım vaxt- hər iki ölkə üçün atəşkəs dövrü olsa belə demək olar hər gün atışma olanda digər tərəfdəki insanlara nifrət etməyə başlayırsan. Eynilə komandirimiz dediyi kimi: “Düşmənə ölüm!”

Əsgər olmaqla, gündəlik iş və həyatına başı qarışdığından nifrəti ağlına belə gətirməyən adi vətəndaş olmaq arasında böyük fərq var.

“Amma yenə də verdiyin sual maraqlıdır. Görəsən, müharibələr, bağlı sərhədlər və münaqişələr olmasa idi necə olardı?”

“Düzünü desəm, bunu təsəvvür etmək bir az çətindi. Çünki doğulandan bəri bunun əksini görmüşük. Amma günlərin birində iki ölkəni sərhədsiz görmək qismət olsa indi ilk ağlıma gələn odur ki, digər ölkə ilə əlaqə qurmaq və Socar-ın burda, Ermənistanda neft stansiyası filialını yaradılmasını istəyərdim. Deyirlər yüksək keyfiiyyətli və daha ucuzdur.”

Dostum bunu deyərək gülümsədi. Çox güman ki, fikrində özünü şirkətin burdakı CEO-su olaraq canlandırırdı. Onun iki ölkəyə aid gələcək planları təsəvvür edə bilməyi məni xeyli məmnun etdi.

Dostumla söhbətimizdən anladım ki, hətta uşaqlığımızda belə bizə düşmənimizin olduğunu aşılayıblar. Biz o dərəcədə gərgin nifrətlə böyüdülməmişik, yalnız məktəbdəki tarix dərsləri səviyyəsində, sonra da hərbi qulluqda. Təəccüb doğuran odur ki, bizə heç vaxt azərbaycanlıların düşmənimiz olduğunu öyrətməyiblər- həm türk, həm də azərbaycanlılara müraciətlə “türklər” sözündən istifadə edilib. Bilməmiş olmazsız, bu düşmənçilik öz köklərini uzaq keçmişdə baş vermiş hadisələrin tarixi yaddaşından götürür.

Soyuq texno sədaları altında növbəti insan canlandı və mən qarşımda oturub sevimli şokoladlı dondurmasını yeyən bir gənc qızı təsəvvürümə gətirdim. Ona elə hey başımda dolanan sualı vermək istədim, amma yox, gözlədim ki, ləzzətlə yediyi dondurmasının həzzini sona qədər yaşasın.

Beləliklə, 14 yaşlı qızla apardığım ən maraqlı söhbətə keçirəm.

“Aş, bilmirəm niyə, amma onlardan xoşum gəlmir.”

“Əzizim, heç azərbaycanlı görüb onunla söhbət etmisən?”

“Yox, amma tarix kitablarından oxumuşam ki, onlar bizə, xalqımıza qarşı pis əməllər törədiblər. Onlarla birgə yaşayıb, nələrisə bölüşməyi təsəvvürümə də gətirə bilmərəm.”

“Əzizim, məni təəccübləndirdin. Belə fikirlərin olduğunu bilmirdim.”

“Ömrümdə azərbaycanlı ilə rastlaşmasam belə bu cür hiss edirəm, çünki onlar haqda pis şeylər oxumuşam. Mənim xalqıma etdiklərinə görə onları bağışlaya bilmərəm.”

“Bəs bu həqiqətən olsaydı necə? Heç bu haqda düşünmüsən?”

“Hmm… Düzü, təsəvvür etmək çox çətindi, amma bəlkə də ilk olaraq ordakı insanlarla görüşərdim və onlarla keçmişimiz haqda söhbətləşərdim və onların yaşayışı mənə maraqlı olardı, gündəlik həyatları haqda öyrənmək istəyərdim. Bilmirəm, daha artığını təsəvvür belə etmək olmur. Belə mövzu mənə çox uzaqdı.”

“Məncə, sənlə aparacağım uzun söhbətdən sonra fikrini dəyişəcəksən.”

O gülümsədi və parıldayan gözləri ilə ona danışacaqlarımı- təcrübəm, dostlarım və nifrətə qarşı hərəkat haqda -eşitməyə tam hazır idi.

Budur, müasir dövrün gerçəkliyi. Bir-birindən tam fərqli üç nəsil.

Bizim-tarixin bu dövründə yaşayanların-gələcək üçün etməli olduğumuz çox şey var. Biz öz müsbət təcrübəmizi öyrətmək və yaymaq, sülh və dostluqla bağlı səsimizi yüksəltməliyik ki, nifrət təbliğatı və qərəzli tarix kitablarının səsi batsın və yox olub getsin.Yaşayıb yaratmaqdan başqa çıxış yolumuz yoxdu. Biz musiqi, incəsənət və təhsilin dili ilə danışmalıyıq.

Özünüzü marifləndirin, çünki gələcəyin canlı qurucuları sizlərsiz. Biz ki, nəhəng kainatın kiçicik bir planetində yaşayırıq. Özünüzdən pis abu-havanı çıxarın və qoyun qəlbinizə günəş şəfəqi və sülh yayılsın. Nə vaxt ki, nifrət hiss etsəniz yaşadığımız təsəvvürə sığmayan böyük zaman və kainat haqda fikirləşin.

Həyat elə qısadır ki, onu sərhədlər, qətllər və qəzəblə doldurulmaq nəyə lazım? Yalnız sevgi və sülh sayəsində planetimiz zövq almaq və yaşamaq üçün daha gözəl məkana çevrilə bilər.

Sərhədlər açıldıqdan sonra görəcəyim ilk iş Bakıdakı yaxın və sevimli dostlarımı ziyarət etmək olacaq. Onların hamısı üçün darıxmışam. Onlarla sırf öz evlərində və öz ətraflarında görüşmək istəyirəm, hansısa üçüncü ölkədə yox.

Hə, dostlar, mənim ümidim budur- yaxın gələcəkdə Bakıda və ya İrəvanda görüşərik!·


Ashkhen Grigoryan yazır


Սամիրան 30 տարեկան է, իր կյանքը նվիրել է հասարակական աշխատանքին: Նա այդ թեմայով դասախոսություն է կարդում Բաքվի Խազար համալսարանում, մասնավոր մանկապարտեզում սոցիալական ոլորտի աշխատակից է և քաղաքացիական հասարակության ծրագրեր է վարում հատուկ կրթության կարիք ունեցող ուսանողների համար:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *