İstənilən keçmiş, gələcəyin tələbləri və bugündən qaçmağın imkansızlığı praqmatizm və sülhü tək seçimə çevirir.


·Adım Susannadır. Mən Dağlıq-Qarabağdanam. 1991-ci ildə anadan olmuşam və həmin il müharibə başladı. Bombardıman başladığı zaman, anam beş yaşlı qardaşımı, üç yaşlı bacımı və yeni doğulan məni götürüb Stepanakertdəki Dövlət Drama Teatrının yanındaki bomba sığınağında gizləndi. Təsəvvür edə bilirsiz ki, zirzəmidə üç uşağın qayğısını çəkmək necə çətindir? Qonşularımızla birlikdə, atalarımız, dayılarımız, böyük qardaşlarımız müharibədə vuruşduqları zaman biz orada bir ildən çox yaşadıq. Bir-bir hər kəs döyüş xəttindən pis xəbərlər alırdı. Bir gün, anam atamın döyüş zamanı vəfat etdiyini öyrəndi. Bu mənim ailəmin həyatında ən ağır gün idi. Müharibədən sonra, bir çox uşaqlar atasız, çoxlu qadınlar isə sevdiyi insansız qaldı. Bu ən kədərlisidir. Çünki, atanın xüsusi bir çəkisi, gücü var. O, erməni ailəsi üçün ibadət ediləcək insandır. Beləliklə, biz onun yoxluğunda necə yaşamağı öyrənməyə məcbur olduq.

Xatırlayıram, qonşularımız evimizdə necə toplanırdı və öz həyat yoldaşları ilə keçirdikləri həyat haqqında danışaraq ağlayardılar. Həmin günlərdə, mən bunun həqiqi dəhşətini və acısını başa düşmürdüm. Böyüdükcə, nə qədər çox anlamağa başladımsa, müharibənin absurdluğu hissi elədiyi kimi o qədər çox acı hisslər ruhumda böyüməyə başladı,

İndi özlüyümdə sorğulayıram, müharibə nə deməkdir, nəyə görədir? Bundan kim xeyir götürür? Nə qədər davam edəcək o və mənim uşaqlarım hansı şəraitdə yaşayacaq?

Bütün bunlar haqqında düşündükcə yalnız bir nəticəyə gəldim. Biz öz ölkələrimizi götürüb başqa yerə apara bilmərik. Biz min illərlə birlikdə yaşamalıyıq. Biz həm sosial və iqtisadi cəhətdən aktiv əməkdaşlıq etməli iki qonşu ölkəyik. Bu halda, mən daha çox əminəm ki, bu region dünyanın ən təhlükəsiz və inkişaf etmiş yerinə çevriləcək.

Təsəvvür edək ki, Ermənistan və Azərbaycan arasında sülh razılaşması imzalanıb və əməkdaşlığın yeni dönəmi başlayır. Belə bir halda, regionda ən yaxşı halda necə bir vəziyyət ola bilərdi?

Biz hələ Azərbaycan ilə münaqişə şəraitində olanda və müharibə qorxumuz olanda, Ermənistanda insanlar tez –tez hərbidə iş axtarardı. Hərbi kariyera ölkədə ən hörmətli və prestijli sənət idi. Minlərlə gənc adam hərbi məktəbə qəbul olmaqdan hədsiz dərəcədə xoşbəxt olurdular və ya hərbi xidmətə getmək üçün ali təhsillərini yarımçıq qoyurdular. Daha sonra, onların çoxusu təhsillərini davam etmək istəmədilər və olduqları yerdə qalmağı üstün tutdular. Bu o demək idi ki, ölkənin əmək bazarını genişləndirə biləcək və ya mükəmməl iqtisadçı, hüquqşünas və ya başqa mütəxəssis ola biləcək minlərlə əmək qabiliyyətli gənc hərbidə xidmət etdi. Iki ildən sonra geri qayıtdıqda, bir çox gənc artıq tələbə həyatını yaşamaq istəmirdi. Onlar oturmaq və öyrənmək vərdişini unutmuşdu. Onlara görə artıq pul qazanıb ailələrinə kömək edəcək və həyatı təmin edəcək kişilər olmuşdular. Beləliklə, onların bir hissəsi Rusiyaya və ya başqa yerlərə köçdülər.

Sülh müqaviləsi sayəsində artıq ölkə gənclərinin təhsilini yarımçıq qoymağa ehtiyac qalmayıb. Sülh razılşaması həmçinin başqa zəruri proqramların icra edilməsinə də imkan verir; bunlardan biri xüsusilə, gənclər arasında mümkün istedadların mübadiləsidir, bu daha yaxşı gələcək vəd edir və çox vacibdir. İki ölkə arasında tələbə mübadiləsi daha yaxşı təhsilin inkişafına imkan verəcək və tələbələrin bacarıqlarını artıracaq və onları çox yönlü edəcək. Təhsil vətəndaşlara ölkənin iqtisadiyyatı inkişaf etdiyi zaman ticarət haqqında düşünmək üçün və öz həyat standartlarını inkişaf etdirmək üçün vacibdir. Təhsil həmçinin bizə yaxşı məlumatlanmağa və ölkə siyasəti, iqtisadiyyatı və sosial vəziyyəti haqqında düzgün təhlil aparmaq imkanları verir. Beləliklə, o, dövləti vətəndaşların xeyrinə işləməyə, başlıca insan hüquqlarını qorumağa və demokratik və sağlam cəmiyyət yaratmağa sövq edir.

Hər iki ölkədəki insanlar hər zaman öz hökümətlərinin çatışmayan və bəzən səhv davranışlarına qarşı mübarizə aparmağa çalışıb, amma hər zaman təşkil edilmiş etiraz və ya bənzəri hərəkətlər səlahiyyətli orqanlar tərəfindən təhlükəsizlik məsələsi vasitə kimi istifadə edilib. Onlara görə hər hansı bir fəaliyyəti sərhəd zolağında təhlükəsizlik baxımından sabitliyin pozulmasına səbəb olurdu. Onlar adətən deyərdilər ki: “Kasıb ama salamat olmaq daha yaxşıdır”. İndi isə müharibə bitib, biz rüşvətin azalmasında xeyli uğur qazanmışıq, dövlət büdcəsi artmaqdadır. Bu o deməkdir ki, xarici düşmənləri olmadığı üçün insanlar artıq bir hədəfə istiqamətlənib. Onlar rahatlıqla dövlət büdcəsinə zərər verən məsələləri qaldıra bilir. Onlar rüşvət alan istənilən rəsmi əleyhinə etiraz edə bilər. İnsan özünün və övladlarının təhlükəsizliyinin hərbi qorxu zərbəsi altında qalmadığına əmin olanda, ictimai məsələlər üçün daha rahat mübarizə apara bilir. Bu zaman, sülh razılaşması sənin ölkəndə insan hüquqlarını müdafiə etmək və ədaləti bərqərar etmək üçün maliyyə resurslarının və azadlığın səmərəli paylanması və idarəsinə imkan verir.

Sülh razılaşmasından bir neçə il sonra, Ermənistan Parlamenti hərbi xərclərin əhəmiyyətli dərəcədə azaldılması ilə əlaqədar qanun qəbul etdi. Bu qanun sayəsində İqtisadiyyat Nazirliyi vergilərin azaldılması və hökümətin müdaxiləsini aradan qaldırmaqla özəl sektorun inkişafına təkan verdi. Bundan sonra, Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf etdi. Sahibkarlar üçün bazarın genişləndirilməsi dəyişimdə lazım olan başlıca vasitələrdən biridir. Azərbaycanla sərhədlərin açılması ölkələr arasındaki ticarəti sürətləndirdi. İnsanlar daha çox məhsul istehsal etmək üçün motivasiya edilir. Onlar öz azərbaycanlı ortaqları ilə əməkdaşlıq edir, birgə müəssisələr yaradır və beləliklə əlaqələri möhkəmləndirirlər. Regionda sabitlik hökm sürdüyü üçün, bütün dünyadan investisiya imkanları genişlənir. İş adamlarının çoxlu ümidverici baxışları və yerli hökümətlərlər iki tərəfli layihələri var. Onlar çoxlu yeni fabrik və zavodlar açmaq niyyətindədir. Bu, yerli bazarda rəqabəti daha da çoxaldır. Müxtəlif sahələrdən olan istehsalçılar öz xarici bazarlarını genişləndirə bildikləri üçün çox xoşbəxtdirlər. Özəl sahibkarlar öz məhsullarının ixrac edilməsində çox həvəslidir. Tez xarab olan məhsulların çox uzaq məsafəli ölkələrə göndərməkdənsə, yaxın və qonşu ölkəyə ixracı daha ucuz və rahatdır. Bütün bu layihələr mümkün iş yerlərini artırır və urbanizasiyanın və daha əhəmiyyətli halda miqrasiyanın azalmasına səbəb olur.

Azərbaycandan olan məcburi köçkünlər geri qayıtdığı üçün, əhalinin sayı əhəmiyyətli dərəcədə çoxalıb. Azərbaycan və Ermənistan hökümətlərinin xüsusi iqtisadi və sosial layihələri onlara yenidən yerləşməkda kömək edir. Nəticədə, həmin insanlar özləri ilə çoxlu iqtisadi resurslar gətiriblər. İlkin olaraq bunlar maddi resurslardır, və sonrasında investisiyalar, əmək bazarı, biznes planları və ideyaların yenidən bərpasıdır. Bu yerli bazarda rəqabət gücünü çoxaldır və yüksək keyfiyyətli məhsul yaradır. Başlıca iqtisadiyyatdan bildiyimiz kimi, məhsullar daha rahat satıldığı üçün sıx məskunlaşılan yerdə iş qurmaq daha rahatdır.

Bununla birlikdə, turizmdə də inkişaflar görünür. Bu fakta baxmayaraq ki, artıq Dağlıq Qarabağ tam təhlükəsiz yer idi (əlbətdə ki sərhəd zolağı yox), bu ərazinin adı müharibə ilə əlaqələndirilib, və buna görə də insanların bura səyahət etmək istəkləri olmayıb. İnsanlar həmçinin Dağlıq Qarabağa Azərbaycanın persona non grata (arzu edilməyən şəxs) siyahısında yer almaqdan qorxurdular. Turistlər adətən yeni hisslər yaşayacaqları daha sakit, çoxmədəniyyətli yerləri üstün tuturlar. Olduqca çox turistin bu ərazi ilə maraqlanması və ən əsası heç bir qorxularının olmaması, sülh razılaşmasının faydalarından biridir. Digər turist axını isə indi daha çox qohum və tanışı olduğu üçün elə Azərbaycanın özündən gələcək. Bu yerli insanlarən həyatını daha da maraqlı edəcək.

Bir neçə il əvvəl, böyük ərazilər minalandığı və snayperlər tərəfindən izlənildiyi üçün, insanlar torpaqları istifadə edə və sadəcə əkə bilməyib. İnsanlarda artıq sərhədlər açıq olduğu üçün qorxu hissi yoxdur. Biz bu ərazilərin yenidən məskunlaşması haqqında düşünə bilərik. Nətiəcəd biz yeni müasir kəndlər qurmağa, məktəblər və bağçalar tikməyə başlaya bilərik. Yenicə demilitarizasiya edilmiş torpaqların istifadə edilməsi kənd təsərrüfatının inkişafı üçün şansdır. Minalar əkmək əvəzinə biz indi bu sahələrdən təsərrüfat, heyvandarlıq, əkinçilik və üzümçülük məqsədi ilə istifadə edə bilərik.

Bütün bunlar bizim daha yaxşı necə fayda götürə biləcəyimizin təsviridir. Lakin, Qarabağ kimi beynəlxalq münaqişlərin həlli çox çətindir. Münaqişənin həllini daha da çətin edən çoxlu səbəblər var. Bu, 1990-cı illərəd insanların bir-birinə qarşı nifrət hissini artırmağa səbəb olan müharibə ilə başladı. Amma, qeyd etdiyim kimi, biz min illər boyu yanbayan yaşayacağıq və bu münaqişəni həll edib gələcək nəsillərimiz üçün barışmaq bizim borcumuzdur. ·


Susanna Movsisyan yazır


Susanna, 24 yaşı var; de-fakto tanınmış Dağlıq Qarabağ hökümətinin baş naziri Artur Ağabekyan ilə birlikdə dövlət işgüzar layihələrində işləyib. Hal hazırda tikinti firmasında mühasib vəzifəsində işləyir və Ermənistan Gənclər Federasiyasının xarici işlər üzrə idarə heyətinin üzvüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *